Mobil versiya
“Abel Məhərrəmovun oğlunun diplomat statusu alınsın” - “Onlar xarici kəşfiyyata da işləyə bilər”
Tarix: 16-11-2018 | Saat: 11:50
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Abel Məhərrəmovun oğlunun diplomat statusu alınsın” - “Onlar xarici kəşfiyyata da işləyə bilər”

"Xarici İşlər Nazirliyində nazir Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var. Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar”.

BakuPost xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun şərab biznesi ilə bağlı danışarkən deyib. O bildirib ki, onunla bağlı tədbir görülməsinin vaxtı çatıb: "Abel Məhərrəmovun İspaniyadakı səfir oğlunun şərab biznesi ilə məşğul olduğuna dair xəbərlər illərdir, mətbuatda yazılır, müzakirə olunur. Bəlkə atasının biabırçılığından sonra onun haqqında da tədbir görərlər. Səfir oğlu əgər belə bacarıqlıdırsa diplomat statusu olmadan şərab biznesi ilə məşğul olsun”.

E. Şahinoğlu bizneslə məşğul olan daha bir neçə diplomatın hansı səfirliklərdə işlədiyini açıqlayıb: "Belçika səfirliyimizdə yüksək rütbəli diplomatımızı tanıyırdım, XİN-dəki atasına güvənərək Brüsseldə restoran açmışdı. Azərbaycanın Ukraynadakı səfirliyində indiki və keçmiş səfirlər arasındakı qalmaqalın da predmeti biznesdir, səfir xələfinin restoranını əlindən almaq istəyir. Bu cür iş prinsipi olan səfirliklərimiz və səfirlərimizləmi xarici ölkələrdə milli və təhlükəsizlik maraqlarımızı qoruyacağıq, Ermənistanın işğalçı mahiyyətini anlatmağa çalışacağıq? Axı onlar da bir qisim səfirliyimizin və səfirimizin nə işlə məşğul olduğunu bilir. Çalışdığı ölkədə biznes quran səfir həmin ölkənin kəşfiyyatına da çalışa bilər. Çünki həmin ölkənin kəşfiyyat xidməti pulgir səfirləri güdür və onları şantaj etmək üçün əllərində kifayət qədər faktı var...”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024