Mobil versiya
“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQ
Tarix: 15-11-2018, 14:49 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQ



"Milli Məclisin etik davranışları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı ən çox irad tutulan məsələ deputatların günün ikinci yarısında plenar iclaslarda iştirak etməməsi ilə bağlıdır. Məgər günün ikinci hissəsində qəbul olunan qanunlar eyni çəkiyə malik deyil? Əgər hansısa deputatın tədbiri və ya iştirak etməmək üçün səbəbi varsa, bu barədə məlumat verməlidir”.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Qanun layihəsinin müzakirələrində deputatların yalnız Azərbaycan dilindən istifadə etməsi məsələsinə toxunan S.Novruzov söyləyib ki, dil məsələsi Milli Məclisin Daxili Nizamnaməsində göstərilib:

"Dövlət dili Azərbaycan dilidir və iclaslar da bu dildə getməlidir. Lakin digər xalqların nümayəndələri də başqa dildə danışa bilər. Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və onların 8-i gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır? Seçilib gəlib burada iştirak edirsə, o zaman ona da hüquq verilməlidir ki, yaşadığı ölkənin vətəndaşı olmaqla yanaşı, öz dilində danışsın. Azərbaycanlı olub bu dili bilməyənlər məcbur olub danışmalıdırlar. Qalan insanları buna məcbur etmək olmaz”.

S. Novruzov deputatların hədiyyə almaq məsələsinə gəlincə, söyləyib ki, bu, ABŞ-da və digər ölkələrdə də movcuddur:

"Burada söhbət hansısa nümayəndənin verdiyi hədiyyədən gedir. ABŞ-da deputat 300 dollardan aşağı verilən hədiyyəni evinə apara bilər. Əgər 300 dollardan yuxarıdırsa, o parlamentdə qalmalıdır. Biz bunu müəyyənləşdirəndə o zaman manatla avro eyni idi. Həmin dövrdə 50 manat 70 avro idi. Amma bu gün 35 avrodur. Daxili səbəblərimizdən asılı olmayaraq, bu 1 avro da ola bilər. O baxımdan qanuna düzəliş edilməlidir”.
Spiker Oqtay Əsədov deputatın dillə bağlı qaldırdığı məsələyə toxunub:

"Kimliyindən asılı olmayaraq, Azərbaycan dilini bilib parlamentdə oturmalıdır. Kim Azərbaycan dilini bilmirsə, gəlib burada oturmasın”(modern.az)



aia.az



5218 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}