Mobil versiya
Siyavuş Novruzov: Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir
Tarix: 14-11-2018, 15:09 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Siyavuş Novruzov: Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir


"Bu gün ölkədə sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir və düşünürəm ki, görülən işlər nəticəsində çatışmazlıqlar aradan qaldırılacaq".

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, müharibə veteranları ilə bağlı addımlar atlılmalıdır: “Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir. Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən veteranların sosial müdafiəsi istiqamətində kifayət qədər addımlar atılır. Özəl sektor da onların müdafiəsi istqiamətində addımlar atmalıdır”.

S.Novruzov söyləyib ki, əlillər işə cəlb edilərkən ilk növbədə Qarabağ əlillərinə diqqət yetirilməlidir: “Əgər Qarabağ əlili hansısa təşkilatda işləyirsə, ixtisarlar ən son onlara şamil olunmalıdır. Bura Əfqanıstan veteranlarını da aid edirəm”.

Deputat qeyd edib ki, müharibə veteranlarına 56 manat müavinət verilir, lakin onlar təqaüdə çıxdıqdan sonra həmin puldan 18 manat tutulur: “Bu müavinət onlara ictimai nəqliyyatdan, qaz və işıqdan pulsuz istifadənin ləğvindən sonra ayrılıb. Bunun təqaüdə nə aidiyyəti var? Məgər həmin şəxslər təqaüdə çıxanda veteranlıqdan da çıxırlar?”

Veteranların mənzil şəraitinin yaxşılaşdırılmasına toxunan S.Novruzov deyib ki, Əfqanıstan veteranları bu məsələdə də kənarda qalmamalıdır.

aia.az



5370 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}