Mobil versiya
İstilik vaxtından əvvəl verilib – RƏSMİ
Tarix: 14-11-2018 | Saat: 11:36
Bölmə:Karusel / Ölkə | çapa göndər

İstilik vaxtından əvvəl verilib – RƏSMİ


“Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq, 2018-2019-cu illər payız-qış mövsümünə vaxtından əvvəl start verilib.

Artıq noyabrın 12-dən etibarən orta məktəblər, xəstəxanlar, hətta bir çox yaşayış binlarındakı mənzillərə istilik verilişinə başlanılıb.



Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bunun İdarə Heyətinin qərarına uyğun reallaşdığını bildirib.



Qurum rəsmisinin sözlərinə görə, “Azərisilitik”in xidmət zonasına daxil olan bütün qazanxana və istilik məntəqələri dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən, Bakı və şəhərində noyabrın 15-dən başlanılması nəzərdə tutulub:



“Bu il dağlıq və dağətəyi rayonlarda istilik mövsümü noyabrın 1-dən etibarən başlayıb. Bakı və digər rayonlara istilik verilməsi üçün isə noyabrın 15-ni gözləmədik. Bu son günlər havaların soyuması ilə əlaqədardır. Həm də istilik verilməsi noyabrın 15-dən başlayanda iri qazanxanların tam rejimdə çalışması texnoloji proses olduğundan, tənzimlə işləri müəyyən zaman tələb edir. 550 qazanxananın hamısı eyni vaxtda işə düşəndə qaz xətlərində, həm də sistemdə tənzimləmə işləri aparılmalıdır. Bu da müəyyən vaxt tələb edir. Ona görə də İdarə Heyəti qərar verdi ki, istilik mövsümünə bir qədər tez başlanılsın. Belə olduğu təqdirdə, vətəndaşlar noyabrın 15-dən tam rejimdə istilik ala biləcəklər”.



R.Əliyev qeyd edib ki, noyabrın 12-dən etibarən bütün qazanxana və istilik sistemləri qrafikə uyğun olaraq işə salınır:

“Hazırda bu istiqamətdə işlər gedir. Demək olar ki, 70 faizdən çox qazanxanada istilik qoşulub, qalanlarında da bu gün ərzində qoşulacaq”.

Şöbə müdiri eyni zamanda, istilik tariflərinin dəyişdirilməsi məsələsinin gündəmdə olmadığını deyib:



““Azərisitilik” tariflərlə bağlı Tarif Şurasına müraciət etmir. Biz sadəcə təsdiq olunmuş hesabatları təqdim edirik. İdarənin istehsal etdiyi və göstərdiyi xidmətlərin maya dəyəri o hesabatda öz əksini tapır. Xidmət haqlarının artırılıb-azaldılması bu hesabatlara uyğun olaraq, Tarif Şurası tərəfindən tənzimlənir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024