Mobil versiya
Jurnalistin qətlinə göstəriş verən müəmmalı “boss” - Sensasion İDDİA
Tarix: 13-11-2018 | Saat: 15:17
Bölmə:Dünya | çapa göndər

Jurnalistin qətlinə göstəriş verən müəmmalı “boss” - Sensasion İDDİA


ABŞ-ın “New York Times” qəzeti jurnalist Camal Kaşıqçının qətli ilə bağlı yeni detallar açıqlayıb.



Modern.az qəzetə istinadən xəbər verir ki, qətli törədən şəxslərin səs yazısında onların qrup rəhbərinə verdikləri hesabatda “boss”a hər şeyi olduğu kimi danışmaları xahiş olunur.



Türkiyəyə ezam olunmuş Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ehtimal edir ki, “boss” adı altında Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd ibn Salman Əl Saud olub.



Oktyabrın əvvəllərində Türkiyənin “Sabah” və “Hurriyet” qəzetləri Camal Kaşıqçının qətli barədə göstərişin Səudiyyə kəşfiyyatının yüksək rütbəli zabiti və Məhəmməd ibn Salman Əl Saudun məsləhətçisi Əhməd Assiri tərəfindən verildiyini yazıb



Camal Kaşıqçı oktyabrın 2-də İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda itkin düşüb. Onun cəsədi bu günə qədər tapılmayıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024