Mobil versiya
Nazir Naxçıvana veriləcək dotasiyanın məbləğini AÇIQLADI
Tarix: 13-11-2018 | Saat: 13:02
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Nazir Naxçıvana veriləcək dotasiyanın məbləğini AÇIQLADI


“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 milyon. manat və ya 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28,0% səviyyəsində nəzərdə tutulub”.



Modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 milyon manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 milyon. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 milyon. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.



“2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub. 2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 milyon manat məbləğində olmaqla 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 milyon manat və ya 7,3% çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub”.

S. Şərifov qeyd edib ki, 2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 mlrd. manat, səhiyyə xərcləri 1, 048 mlrd. manat, müdafiə xərcləri 3, 038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 milyon. manat, Naxçıvan MR-nın dövlət büdcəsinə verilən dotasiya 300,4 milyon. manat proqnozlaşdırlır.



“Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 milyon manat məbləğində müəyyən edilib ki, bu 2017-cı ilin dövlət büdcəsinin faktiki kəsirindən 784,8 milyon manat və ya 72,8%, 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən 911,6 milyon manat və ya 95,9% çoxdur.



Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma), 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024