Mobil versiya
Qəbələdə ovçu şəlaləyə düşərək ölüb
Tarix: 12-11-2018 | Saat: 18:00
Bölmə:Cəmiyyət | çapa göndər

Qəbələdə ovçu şəlaləyə düşərək ölüb



Qəbələ rayonunda dağdan yıxılaraq çaya düşən şəxsin meyiti tapılıb.



Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, noyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbə sakinləri Sadiq Mehrəliyev, Cümşüd Kərimov, Elşad Sədirov və Taleh Yusifov ov məqsədilə qəsəbənin dağlıq meşə sahəsinə gediblər.



Noyabrın 10-da saat 19:00 radələrində S.Mehrəliyev dağdan yıxılaraq Həmzəlli çayına düşüb və meyiti çayın sahilində tapılıb.


Qəbələ rayon Polis şöbəsinin əməkdaşları tərəfindən C.Kərimovdan “TOZ” markalı, E.Sədirovdan “BUM” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024