Mobil versiya
Ağcabədi – orta məktəblərdə tədrisin keyfiyyəti durmadan yüksəlir
Tarix: 12-11-2018 | Saat: 16:39
Bölmə:Manşet / Təhsil | çapa göndər

Ağcabədi – orta məktəblərdə tədrisin keyfiyyəti durmadan yüksəlir



Cari dərs ilində rayonun təhsil müəssisələrində daha yüksək dinamiklik və işgüzarlıq aşkar müşahidə olunmaqdadır

Birmənalı olaraq demək olar ki, bu gün Azərbaycanda inkişafı dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilimiş sahələrdən biri də ölkənin təhsil sistemidir. Təbii ki, hələlik bizim dünyada ən mükəmməl təhsil sistemlərindən birinə sahib olduğumuzu iddia etmək çox tezdir. Digər tərəfdən isə, məhz bu sahənin inkişafına göstərilən dövlət qayğısı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ayrılan maliyyə vəsaitlərinin həcmi, xüsusilə son bir neçə ildə həyata keçirilən irimiqyaslı layihələrin səmərəlilik dərəcəsi və digər bu kimi göstəricilər üzrə Azərbaycan artıq bu gün hətta bəzi inkişaf etmiş ölkələri belə qabaqlayır.




Bir həqiqətdir ki, bu gün ölkəmizdə yeni təhsil müəssislərinin tikintisi, köhnələrin təmir-bərpa olunması və yenidən qurulması, bu müəssisələrin müasir tədris avadanlıqları, informasiya-kommunikasiya texnologiyaları və elmin ən son nailiyyətləri ilə tanış olmaq imkanı verən laboratoriyalarla təchiz edilməsi məsələsi Azərbaycanda hər gün şahidi olduğumuz, müşahidə etdiyimiz proseslərdir. Birbaşa Ölkə Prezidentinin nəzarətində həyata keçirilən bu proseslər isə əlbəttə ki, təhsil sisteminin inkişafına aparan yolun formalaşmasına xidmət edir. Bu gün biz bu inkişafı davamlı olaraq müşahidə etməkdəyik.




Təbii ki, ölkənin təhsil sisteminin ümumi inkişaf səviyyəsi də ayrı-ayrılıqda götürülmüş müəssisələrin, eləcə də rayon və bölgələrimizdə təhsil sistemlərinin cari durumları ilə müəyyən edilir. Bu baxımdan, hazırda Ağcabədi rayonunun təhsil sahəsində müşahidə edilən sürətli inkişaf da, məhz Ağcabədi Rayon Təhsil Şöbəsinin uğurlu fəaliyyətinin göstəricisi kimi qeyd oluna bilər. Qeyd edək ki, Ağcabədi Rayon Təhsil Şöbəsi 1965-ci ildən fəaliyyət göstərir. 1992-ci ildən Ağcabədi rayon Xalq Maarif Şöbəsinin adı dəyişilərək Ağcabədi rayon Təhsil Şöbəsi adlandırılmışdır. Hal-hazırda Şöbənin tabeliyində 1 ibtidai, 11 ümumi orta məktəb, 1 məktəb-lisey, 49 tam orta və 5 məktəbdənkanar təhsil müəssisəsi fəaliyyət göstərir. 2018-ci ilin sentyabr ayından Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Həsənov İsmayıl Qulu oğlu təyin edilmişdir.

Qısa arayış:

İsmayıl Həsənov 01 aprel 1959-cu ildə Azərbaycan Respublikası Ağcabədi rayonu Rəncbərlər kəndində anadan oluşdur. 1967-ci ildə Ağcabədi rayon Rəncbərlər kənd 8 illik məktəbin I sinifinə daxil olub, 1977-ci ildə Hüsülü kənd orta məktəbin X sinifini bitirmişdir.

1978-1980-ci illərdə, Ağcabədi rayonu Ə.Bünyadov adına kolxozda kolxozçu işləmişdir. 1980-cı ildən Ağcabədi rayonu Pionerlər evində dərnək rəhbəri kimi fəaliyyətə başlamış, 1981-1983-cü illərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 1984-cü ilədək dərnək rəhbəri işini davam etdirmişdir. 1983-cü ildə Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunun tarix və içtimaiyyət fakültəsinə qiyabi daxil olub, 1988-ci ildə institutu bitirmişdir. 1984-1985-ci illərdə Ağcabədi rayon Rəncbərlər kəndində fərdi əməklə məşğul olmuşdur. 1985-1986-ci illərdə Ağcabədi rayonu Təsərrüfatlararası Meliorasiya Müəsisəsində mexanik işləmişdir.




1986-ci ildən Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbində müəllim, 1999-cu ildən həmin məktəbdə sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 2006-cı il tarixdən Ağcabədi rayon M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbində direktor vəzifəsində işləmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.



Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, İsmayıl Həsənovun Ağcabədi RTŞ-nin müdiri vəzifəsinə təyinatından az bir müddətin keçməsinə baxmayaraq, yeni artıq bu qurumun işində önəmli irəliləyişlər müşahidə olunmaqdadır. Xüsusi olaraq əldə etdiyimiz məlumatlarda vurğulanır ki, bu təyinatdan sonra rayonun təhsil müəssisələrində bir canlanma, əvvəllər bir o qədər də hiss olunmayan dinamiklik və işgüzarlıq aşkar müşahidə olunmaqdadır. RTŞ-də mütəmadi olaraq keçirilən toplantı və müşavirələrdə isə, rayonun təhsil müəssisələrinin ümumi fəaliyyət konsepsiyası və konkret dövrü proqramlar işlənib hazırlanır. Şübhə etmirik ki, cari tədris ilində də məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər Ağcabədi RTŞ-nin fəaliyyətinin əsas prioritet istiqamətlərindən olacaqdır

aia.az

Aydan Musayev
Nurlan Rəcəb



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024