Mobil versiya
Bakıda avtobuslarda YENİLİK - Sürücünün qayda pozuntusunu aşkarlayana hədiyyə
Tarix: 12-11-2018 | Saat: 11:07
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakıda avtobuslarda YENİLİK - Sürücünün qayda pozuntusunu aşkarlayana hədiyyə


Bakı şəhərindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” şirkəti göstərdiyi xidmət səviyyəsinin yüksəldilməsi, sürücülərin fəaliyyətinə ictimai nəzarətin stimullaşdırılması, sosial şəbəkələr vasitəsilə sərnişinlərlə şirkət arasında qarşılıqlı dialoqun qurulması və ən əsası təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə yeni sosial layihəyə start verib.



Şirkətdən aia.az-a verilən məlumata görə, aksiyanın keçirilməsində əsas məqsəd şirkətin istismarında olan və elektron ödəniş sistemində (Bakı Kart) fəaliyyət göstərən marşrut xətləri üzrə (18, 52, 61, 65, 79, 85, 96, 135 və 199 ) sürücülərin fəaliyyətinə nəzarətin gücləndirilməsi, sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar edən sərnişinlərin mükafatlandırılmasıdır.



Belə ki, siyahıda qeyd olunan marşrut xətlərində qayda pozuntusu (dayanacaqdan kənar saxlama, sürət həddi, sükan arxasında siqaret və mobil telefondan istifadə, sərnişinlərlə kobud davranış, dayanacaqda saxlamama və.s.) aşkar edən hər bir sərnişin və ya digər vətəndaşlar bu barədə şirkətin rəsmi whatsapp nömrəsinə +99455 455 8500 eləcə də facebook (www.facebook.com/xaliq.faiqoglu2002/) və ya instagram səhifəsinə (www.instagram.com/xaliqfaiqoglu/) hadisənin yerini, vaxtını, avtobusun dövlət qeydiyyat nömrəsini qeyd etməklə göndərə bilər. Daxil olan müraciətlərin düzgünlüyü “Xaliq Faiqoğlu” MMC-nin mərkəzi müşahidə şöbəsi tərəfindən kamera görüntüləri ilə yoxlanıb, təsdiq olunduğu təqdirdə həmin qayda pozuntusunu aşkar edən sərnişinə içərisində müəyyən məbləğdə gediş limiti olan “BakıKart” və ya “Safastore” supermarketdən alış-veriş kuponları (hədiyyə) təqdim olunacaq.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC “SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. 15 ildən artıqdır Bakıda sərnişindaşıma fəaliyyəti göstərən MMC xidmətini müasir standartlar çərçivəsində həyata keçirir.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024