Xalq artisti: “Amaliya, sən həmişə bizimləsən”
Tarix: 9-11-2018, 15:02 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Xalq artisti: “Amaliya, sən həmişə bizimləsən”


"Amaliya Pənahova bütün həyatı ilə teatr sənətinə, Azərbaycan mədəniyyətinə, kinosuna ömrünün sonuna qədər xidmət edən sənətkarlarımızdan biridir”

aia.az xəbər verir ki, bu fikirləri Azvision.az-a açıqlamasında Xalq artisti, aktyor Nürəddin Mehdixanlı deyib.

Xalq artisti bildirib ki, A.Pənahova Akademik Milli Dram Teatrında onun ilk tərəf müqabili olub: "Sənətçi və insan kimi həmişə gənclərə kömək edib. Əsl teatr fədaisi idi. Çox çətin bir zamanda - 1992-ci ildə özünün Bələdiyyə Teatrını yaratdı. Bu teatrla bir çox ölkələri gəzdi. O zaman müəyyən səbəblərdən teatrdan uzaqlaşan sənətçilərimizi yanına çağırdı. O, təkcə özü üçün yaşamadı. Amaliya Pənahovada tamaşaçıya, insanlara böyük rəğbət və məhəbbət var idi. Mən bilmirəm, ondan sonra yeni bir Amaliya olacaq, ya olmayacaq. Bəlkə ondan daha fərqlisi olacaq. Amma onun yeri həmişə görünəcək. Amaliya "Sən həmişə mənimləsən” tamaşası ilə sevildi, sevdi. O, sadəcə fiziki mənada uzaqlaşıb. Ona bunu deyə bilərəm: "Amaliya, sən həmişə bizimləsən””.


aia.az



5169 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}