ABŞ-ın ATƏT-dəki nümayəndəsi: Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir
Tarix: 9-11-2018, 12:00 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

ABŞ-ın ATƏT-dəki nümayəndəsi: Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir


ATƏT ərazisində münaqişələrin, həmçininDağlıq Qarabağprobleminin nizamlanmasını vacib hesab edir. Bununla əlaqədar olaraq ABŞ son həftələr prezidentin milli təhlükəsizlik üzrə müşaviriCon Boltonvə dövlət katibinin müavini Corc Kent kimi yüksəkvəzifəli nümayəndələrini Ermənistan və Azərbaycana göndərib.

aia.az "Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki missiyası rəhbərinin müavini səlahiyyətlərini icra edənGreqori Makrisqurumun Daimi Şurasının iclası zamanı deyib:

"ABŞ bu münaqişənin hərbi yolla həllinin olmaması mövqeyi ilə razıdır. Status-kvo qəbuledilməzdir.ABŞmünaqişənin Helsinki yekun aktında qeyd olunduğu kimi güc tətbiq etmədən, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə hüququ prinsiplərinə əsaslanan uzunmüddətli və dinc yolla həlli naminə tərəflərlə işi davam etdirmək niyyətindədir", - deyə Makris bildirib.

Bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gill Dağlıq Qarabağ münaqişəsi istiqamətində danışıqların intensivləşdiyinibildirib.

aia.az



5124 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}