Mobil versiya
Müslümovun Mingəçevirdəki nümayəndəsi haqqında - RÜŞVƏT İDDİASI
Tarix: 23-12-2015 | Saat: 15:59
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər



ƏSMM Mingəçevir şəhər şöbəsinə müraciət edən hər kəsdən “xidmət haqqı” tələb olunur

İddia: Mingəçevir şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Elçin Abdullayevin kabinetində digər vətəndaşlara məxsus onlarla bank kartı var.

Zaman-zaman 7news.az informasiya portalı olaraq müxtəlif sahələrdə çalışan məmurların neqativ fəaliyyəti haqqında yazılar dərc etmişik. Çox təəssüf ki, bəzi regionlarda sosial xidmət sahələrində çalışan məmurlar öz vəzifə səlahiyyətlərində sui-istifadə edərək əhalini süründürməçiliyə salırlar. Cənab Prezident İlham Əliyev demək olar ki, icra strukturları ilə bütün görüşlərində əhaliyə xidmətin ən yüksək səviyyəyə çatdırılmasının vacibliyindən danışıb və əksini edənlərin dərhal cəzalandırılacağını qeyd edib. Görünür bu tapşırıqlar bəzi məmurlara hələ də gedib çatmayıb.

Regionlarda insanların səbrini ərşəyə çəkən ən böyük problem isə şikayətlərin qulaq ardına vurulması və heç bir tədbirin görülməməsi ilə bağlıdır. Bugünlərdə redaksiyamıza ƏSMM Mingəçevir şəhər şöbəsindən maraqlı məlumatlar daxil olub. Məlumatda qeyd olunur ki, Mingəçevir şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Elçin Abdullayev görə insanların səbri ərşə çəkilib. Məlumatda qeyd olunur ki, ƏSMM Mingəçevir şəhər şöbəsinə müraciət edən hər kəsdən “xidmət haqqı” tələb olunur. Vətəndaşlar “haqqı” ya nəğd, ya da kart şəklində verə bilirlər. Qeyd olunur ki, ƏSMM Mingəçevir şəhər şöbəsinin müdirinin kabinetində digər vətəndaşlara məxsus onlarla bank kartı vardır. Eyni zamanda, yeni müraciət edən vətəndaşlar şöbənin “”təklifləri” ilə razılaşmadıqda süründürməçilik metodu ilə haqqlarından imtina etmək məcburiyyətində qalırlar.

Məlumat üçün qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bu günlərdə sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində həyata keçirilən islahat tədbirlərinin, bu sahələrdə əhaliyə göstərilən xidmətlərin praktiki tətbiqi məsələlərinə həsr olunmuş tədbir zamanı Nazirliyin qarşısında duran əsas vəzifənin ilbəil güclənən sosial siyasətin yüksək səviyyədə icrasını, əhaliyə xidmət sahələrinin müasirləşdirilməsini və şəffaflaşdırılmasını təmin etmək olduğunu bildirmişdi: “Doğrudur, son illərdə ciddi nəzarət tədbirləri həyata keçirilir, fəaliyyətində nöqsanlara yol verənlərin ciddi şəkildə cəzalandırılması işləri görülür. Nəzarət tədbirlərinin müsbət nəticələri də var”. Müzakirələrin nəticələrinə uyğun fəaliyyətində neqativ hallara yol verən iki Tibbi-Sosial Ekspert Komissiyasının sədri və iki Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru tutduqları vəzifədən azad olunub. Bundan başqa, funksional vəzifələrinin icrasında nöqsanlar aşkarlanan 4 əməkdaş tutduğu vəzifədən azad olunub, 28 əməkdaş barəsində isə inzibati tənbeh tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.

Görünür Nazirin bu istiqamətdə apardığı irimiqyaslı islahatlardan bəzi rayon və şəhər şöbələri nəticə çıxarmaq iqtidarında deyillər.

Qeyd edək ki, növbəti yazımızda tam dəqiqləşdirildikdən sonra Mingəçevir şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Elçin Abdullayev haqqında redaksiyamıza daxil olan sənəd və fotofaktları dərc edəcəyik.

Jurnalist etikasına uyğun olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (7news.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə