Azərbaycan çayının Türkiyəyə ixracına dair razılığa gəlinib
Tarix: 6-11-2018, 09:44 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan çayının Türkiyəyə ixracına dair razılığa gəlinib


İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərinə təşkil olunmuş Azərbaycan ixrac missiyası başa çatıb.

İqtisadiyyat Nazirliyindən aia.az-a verilən məlumata görə, ixrac missiyasında Naxçıvan MR-da qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkəti iştirak edib.

Missiya çərçivəsində Azərbaycan sahibkarları türkiyəli həmkarları ilə ikitərəfli görüşlər keçirib, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparıblar.

Görüşlər zamanı türk iş adamlarına təqdim olunan Azərbaycan məhsulları türk şirkətləri tərəfindən maraqla qarşılanıb və ixraca dair ilkin razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın “Farma-Şah” MMC şirkəti ilə Türkiyənin müvafiq şirkəti arasında Azərbaycan çayının Türkiyəyə ixracına dair razılığa gəlinib. Bundan başqa, “Naxçıvan Sement Zavodu” MMC ilə “BASF Türkiyə” şirkəti arasında sement istehsalında qatqı kimi istifadə olunan xammalın ixracı ilə bağlı danışıqlar aparılıb. Türkiyənin “Koç Mermer Granit” şirkətinin tikinti layihələri üçün Azərbaycanın “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-nin məhsullarından istifadə olunmasına dair razılaşma əldə olunub. “Cahan Pen” MMC və “Cahan Sənaye Kompleksi” MMC şirkətləri ilə Türkiyənin “Gema” və “Marmara” plastik qapı pəncərə istehsalı müəssisələri arasında məhsulların satışına və xammalın alınmasına dair danışıqlar aparılıb.

Növbəti ixrac missiyası 6-9 noyabr tarixlərində Bolqarıstana təşkil ediləcək.

aia.az



5157 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}