Mobil versiya
“İŞİD-in Qafqazda ikinci hədəfi Azərbaycandır“
Tarix: 03-07-2015 | Saat: 08:13
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

“İŞİD-in Qafqazda ikinci hədəfi Azərbaycandır“
“İŞİD bu gün Qafqazda Qərb ölkələrin hədəflərinə xidmət edir”

Bu açıqlamanı İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin APA-ya müsahibəsində səsləndirib.

Səfir bildirib ki, İŞİD özünü çox təbliğ edir və malik olduğu gücü 5 qat artıq göstərməyə çalışır. İŞİD-i yaradan Qərb ölkələrinin mediası bu qruplaşmanın gücünü daha böyük göstərməyə çalışır. İŞİD-ə çoxlu köməklilərin göstərilməsinə baxmayaraq, İraqda bu terror təşkilatı o qədər də güclü deyil və demək olar ki, zəifləyib. Suriyada da öz hədəflərinə çata bilməyiblər. Yəməndə bunlar “Əl-Qaidə” adı ilə fəaliyyət göstərirlər və burda da bir uğur əldə edə bilməyərək məğlubiyyətə düçar olublar. Təbii olaraq İŞİD-in və terror qruplarının hədəflərindən biri də Qafqazdır.

O, İŞİD-ın Qafqazda 2 hədəfi olduğunu deyib: “Birinci məqsədləri Şimalı Qafqazda, Rusiyanın müsəlman əyalətlərində təhlükə törətməkdir. Onlar Rusiyaya təzyiqlər göstərməklə bu ölkənin Suriya və İraqdakı mövqeyində dəyişikliyə nail olmağa çalışırlar. Əslində İŞİD bu gün Qafqazda Qərb ölkələrin hədəflərinə xidmət edir. Onların ikinci hədəfi isə şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər. Mən düşünmürəm ki, bunlar Azərbaycanda bir uğur əldə edə bilsinlər. Bunun səbəblərindən biri o qədər güclərinin olmamasıdır. İkinci səbəb budur ki, Azərbaycan dövləti milli təhlükəsizlik məsələsi ilə çox ciddi məşğul olur, radikalizm meyllərinin ölkədə artmasının qarşısını alır. Düşünürəm ki, İŞİD-lə mübarizə bir ölkənin öhdəsindən gələcəyi iş deyil. Regional ölkələr birgə səy göstərməlidirlər. Bütün region ölkələri birləşərək terrorizmin yeni növü olan İŞİD və “Əl-Qaidə” terrorçularına qarşı birgə mübarizə aparmalıdırlar. Qərb ölkələri də İŞİD-i dəstəklədiklərinə görə nüfuzları əldən gedir. Bunu dərk edirlər və bir qədər mühafizəkar olublar. Hazırda Qərb ölkələri arasında İŞİD-i müdafiə etmək mövzusunda fikir ayrılığı yaranıb. Bu da regionda İŞİD-lə mübarizə üçün yaxşı fürsət yaradıb”.

Diplomat Ermənistan ordusunun İranla həmsərhəd olan işğal olunmuş Azərbaycan ərazilərində yanğınlar törətməsi barədə informasiyaları təsdiqləyib: “Düzdür, bununla bağlı iki fakt qeydə alınıb. İran tərəfi də sərhəddə, meşələrdə olan bu yanğınlara müdaxilə edərək yanğınların söndürülməsində iştirak edib. Yanğınlar əkinçilik üçün müəyyən fəsadlar yaradıb”.

Ancaq səfir Möhsün Pak Ayin yanğınların səbəblərini dəqiq bilmədiklərini deyib.
(aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə