Mobil versiya
Mədət Quliyev Cabir İmanova DTX-da vəzifə verdi
Tarix: 05-11-2018 | Saat: 15:03
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Mədət Quliyev Cabir İmanova DTX-da vəzifə verdi


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə yeni direktor təyin edilib.



aia.az Unikal.org-a istinadən məlumat verir ki, mərkəzin baş direktor vəzifəsinə əməkdar artist Cabir İmanov təyin olunub.



Mədəniyyət Mərkəzindən xəbəri təsdiqləyiblər.



Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas.



1992-2001-ci illərdə “Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci il KVN “Əsrin Çempionu” olub.



2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.



Ailəlidir, üç övladı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024