Mobil versiya
Deputat "Azərenerji"ni tənqid etdi
Tarix: 05-11-2018 | Saat: 13:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deputat "Azərenerji"ni tənqid etdi


""Azərenerji" uzun illər SOCAR xəttindən dotasiyalaşan və sonra da borcları silinən sektor olaraq qalır. Aydınlıq gətirilməlidir ki, "Azərenerji" daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək?"

Bunu Azərbaycanın 2019-cu il üçün dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

"Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Cənab Prezident çox haqlı olaraq məlum müşavirədə "Azərenerji" rəhbərliyini qınadı. Bu adamlar nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəlib.. "Azərenerji" bundan sonra nə qədər dövlətin çiynində yük olaraq daşınmağa davam edəcək. Bu məsələyə aydınlıq gətirilməlidir", - deyə Z.Oruc qeyd edib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024