ATU professorunun metodikası ABŞ Universitetində dərsliyə salındı
Tarix: 5-11-2018, 10:19 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

ATU professorunun metodikası ABŞ Universitetində dərsliyə salındı




Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının plastik və konstruktiv cərrahı, professor Vaqif Qələndərin metodikası ABŞ-ın Florida Tibb Universitetində nəşr olunan dərslikdə dərc olunub.

Belə ki, Vaqif Qələndərin ilk dəfə yaratdığı cərrahiyyə metodikası Florida Tibb Universitetinin professoru Rui Fernandesin yazdığı dərslik kitabının 20-ci fəslində yer alıb. Bu kitab tələbələrin və mütəxəssislərin sözügedən sahə üzrə hazırlanmasında stolüstü dərslik rolunu oynayacaq.

V. Qələndərin sözlərinə görə, bu, onun üçün qürurverici bir hadisədir: “Florida Universitetindən belə bir təklif alanda çox şad oldum. Florida Universitetində elmi görüşdə iştirak etdim. Ali təhsil ocağının rəhbərliyi və müəllim heyəti ilə görüşdüm. Bu, həm Azərbaycan Tibb Universiteti, həm də mənim üçün çox böyük uğurdur".

Professor Vaqif Qələndər səfər çərçivəsində ABŞ-da keçirilən beynəlxalq konfransda da iştirak edib.

aia.az

ATU professorunun metodikası ABŞ Universitetində dərsliyə salındı
ATU professorunun metodikası ABŞ Universitetində dərsliyə salındı



578 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}