Mobil versiya
Diri quş satışı qadağan olunmayıb – RƏSMİ
Tarix: 02-11-2018 | Saat: 16:52
Bölmə:Gündəm | çapa göndər

Diri quş satışı qadağan olunmayıb – RƏSMİ


Son günlər bir sıra kütləvi informasiya vasitələrində Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən ölkəyə quş əti və yumurtanın idxal olunması, eyni zamanda diri quş satışının qadağan olunması ilə bağlı yanlış məlumatlar yer alıb.



QTA-dan Modern.az-a verilən məlumata görə, yayılan bu cür məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir.


Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir.


Bildirilir ki, ötən həftə Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə keçirilmiş görüşdə, ölkə ərazisində müvafiq sahə üzrə qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində birgə bəyanat qəbul olunub və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024