Mobil versiya
Məhbuslar həbsxanada evləndi - İlk dəfə
Tarix: 02-11-2018 | Saat: 10:01
Bölmə:Dünya | çapa göndər

Məhbuslar həbsxanada evləndi - İlk dəfə



Bu hadisə ölkə tarixində ilk dəfə baş verib.



aia.az Trend.az-a istinadən xəbər verir ki, Küveytdə cəzaçəkmə müəssisəsidə olan yerli sakin və Misir vətəndaşı ölkənin tarixində ilk dəfə olaraq ailə həyatı qurublar.



Həbsdə olan Küveyt vətəndaşı daxili işlər nazirinin müavininə müraciət edərək ailə həyata qurmağa icazə istəyib. Nazir müavini isə sorğunu müsbət cavablandırıb və iki məhbusun evlənməsinə icazə verib.



İki məhbus evlilik mərasimi üçün məhkəməyə gətirilib, sonra isə türməyə qaytarılıb. Məlumata görə, Küveytdə keçən il başlanılan “Ailənin evi” adlı layihəyə görə, iki məhbus görüşə və ailə həyata qura bilər.



Qeyd edək ki, bu hadisə ölkə tarixində ilk dəfə baş verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024