Mobil versiya
Ermənilər müasir Azərbaycan nağılçısı Gülzar nənənin əsərlərini də mənimsəmək istəyir...
Tarix: 31-10-2018 | Saat: 15:41
Bölmə:Gündəm | çapa göndər

Ermənilər müasir Azərbaycan nağılçısı Gülzar nənənin əsərlərini də mənimsəmək istəyir...



Gülzar İbrahimova: “Ermənilər bir sıra əsərlərimi məndən xəbərsiz internetdən götürüb və rus dilinə tərcümə edərək, apardıqları ədalətsiz müharibəyə həsr etdikləri kitaba salıblar”

“Düşmən məni tənqid edərək yazır ki, baxın, G.İbrahimova bizi dünyada biabır edir, pis əməllər törədən, məkrli, işğalçı bir xalq kimi təqdim edir”

Ermənilər yalnız folklor nümunələrimizi, qədim tarixi-mədəni irsimizi deyil, həm də müasir nağılçılarımızın, yazarlarımızın əsərlərini oğurlayırlar.

Tanınmış uşaq yazıçısı Gülzar Nənənin (Gülzar İbrahimova) nağıllarına qarşı da ermənilər plagiatlıq edib. “Məni ermənilər sözün əsl mənasında düşmən elan ediblər. Bunu da təbii qəbul edirəm. Çünki mənim yazdığım nağıllarda düşmənə nifrət, dosta sədaqət tərənnüm edilir. Əziz balalarımıza özünü nə qədər sevdirə bilmişəmsə, düşmənlərimizdə mənə qarşı bir o qədər nifrət yaranıb. Demək, bədii əsərin, nağılın dili daha kəskin və kəsərlidir ki, ermənilər yazdığım nağıllarda özlərinin əməllərinin ifşa edildiyini görürlər. Mən Dağlıq Qarabağla bağlı, ermənilərin bizə qarşı apardıqları məkrli siyasət, bizi cəlb etdikləri ədalətsiz müharibə haqqında çoxlu nağıl yazmışam, hekayələr qələmə almışam. Gənclərimizə ünvanladığım “Üç nəsihət”, “Gülzar İbrahimovanın ermənilərə müraciəti”, “Mən bir gün Vətənimə qayıdacağam” kimi yazılarımda erməni vəhşiliyinin iç üzünü açıb göstərmişəm” - deyə bildirən Gülzar nənə qeyd etdi ki, onun “Bağışla məni, Sonam” hekayəsi, Xocalı soyqırımına həsr etdiyi “Evin kişisi”, 20 Yanvar faciəsinə aid olan “İlham və Fərizə”, eləcə də “Günahsız qarı” və “Pis qonşu” adlı digər nağılları düşmənə böyük mənəvi-psixoloji sarsıntı yaşadıb. “Ermənilər bir sıra əsərlərimi məndən xəbərsiz internetdən götürüb və rus dilinə tərcümə edərək, apardıqları ədalətsiz müharibəyə həsr etdikləri kitaba salıblar. Əsərlərim plagiatlığa, oğurluğa məruz qalıb. Ermənilər müasir dövrdə də tarixi saxtalaşdırmaq yolunu tutublar. Tarixi saxtalaşdırmaq məqsədi daşıyan kitabın adını isə “Armyanofobiya v Azerbaydjane” qoyublar. 350 səhifədən ibarət kitabın elə 20-25 səhifəsini mənim, yəni Gülzar nənənin əsərləri tutub. Düşmən məni tənqid edərək yazır ki, baxın, G.İbrahimova bizi dünyada biabır edir, pis əməllər törədən, məkrli, işğalçı bir xalq kimi göstərir. Ermənilər haqqında yalanları yazmıram ki, onların əsl simalarını əsərlərimdə balalarımıza göstərirəm. Ermənilər mənim əsərlərimi oğurlamaqla kifayətlənməyib, məni müxtəlif internet resurslarında da tənqid edirlər” -deyə bildirən Gülzar nənə qeyd etdi ki, “Open Armenii” saytında ona qarşı tənqid və təhqirlərə yol verilib. O bildirir ki, ermənilər tarixi saxtalaşdırmaqla məşğuldurlar, biz isə o saxtakarlığın qarşısını almaqda aktiv olmalıyıq. Gülzar nənə qeyd etdi ki, bəzən ona qarşı öz içimizdən də müəyyən qarayaxmalar edənlər tapılır.

Bildirək ki, bu gün Gülzar nənənin səsli nağılları internet resursları vasitəsilə dünyaya yayılır və övladlarımızın dinlədikləri nağıllar sırasında öndə durur.(bakixeber)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024