Mobil versiya
Paytaxtın Nəsimi rayonu gün-gündən gözəlləşir
Tarix: 31-10-2018, 13:57 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Paytaxtın Nəsimi rayonu gün-gündən gözəlləşir




Kommunal sahədə xidmət yüksək səviyyədə təşkil olunub

Bu gün ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi rayonlarından olan Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində nəzərə çarpacaq uğurlar qazanılmaqdadır.

Nəsimi RİH məqsədyönlü işləri davam etdirir


Paytaxtın Nəsimi rayonu gün-gündən gözəlləşir

Hazırda Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Nəsimi rayonunda məqsədyönlü işlər davam etdirilir. Həmçinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn vəzifələrin icrası istiqamətində də Nəsimi RİH-nin fəaliyyəti yüksək səmərəliliyi ilə seçilir. Belə ki, son dövr ərzində rayon ərazisində müəyyən edilmiş ünvanlar üzrə 32 layihə razılaşdırılmış, 23 layihə üzrə söküntü-tikinti işləri aparılır. Qeyd etmək lazımdır ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərovun rəhbərliyi altında rayonun bütün təşkilat, müəssisə və digər qurumları öz fəaliyyətlərini uğurla davam etdirirlər.

Abadlıq və quruculuq işləri vüsətlənir

Paytaxtın Nəsimi rayonu gün-gündən gözəlləşir


Son illər Nəsimi rayonunda genişmiqyaslı abadlıq və quruculuq işləri davamlı olaraq yüksək dinamika ilə həyata keçirilir. Xüsusilə 2017-2018-ci illər ərzində görülən işlər özünün genişmiqyaslığı və yüksək keyfiyyətilə diqqəti cəlb edir. Belə ki, bu dövr ərzində rayonun 4-cü mikrorayon ərazisində 3 ha sahədən artıq ərazini əhatə edən Mir Cəlal küçəsi boyunca yeni park salınmış, Asif Məhərrəmov küçəsindəki mövcud 1 ha-ya yaxın park əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Eyni zamanda rayonun ayrı-ayrı ərazilərində genişmiqyaslı yaşıllıq işləri aparılmış, yeni yaşıllıq zolaqları salınmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonun 1-ci mikrorayon ərazisində yerləşən və uzun illər təmir olunmayan park əsaslı təmir olunmuşdur. Park 1 ha ərazidən ibarətdir. Bu yaxınlara qədər sakinlərin istirahəti üçün həmin parkda heç bir şərait yox idi. Bütün bunları nəzərə alaraq, ötən il park əsaslı təmir olunaraq yenidən sakinlərin istifadəsinə verildi. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılıb.

Nəsimi MKTB-nin fəaliyyəti yüksək effektivliyi ilə seçilir


Paytaxtın Nəsimi rayonu gün-gündən gözəlləşir

Aydındır ki, ən abad park və yaşıllıqlar belə gündəlik qayğı göstərilmədən, xüsusilə də təmizlik işləri aparılmadan öz cazibədarlığını saxlaya bilməz. O cümlədən bina və evlər də öz funksionallığını, eləcə də estetik gözəlliyini saxlamaq üçün mütəmadi olaraq qayğı və diqqət tələb edirlər. Bu sahədə isə, görülən işlərin əsas ağırlığı bilavasitə rayonlar üzrə fəaliyyət göstərən mənzil-kommunal müəssisələrinin üzərinə düşür. Bu baxımdan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin fəaliyyəti də yüksək effektivliyi ilə diqqəti cəlb edir. Hazırda rayonda formalaşmış ümumi ictimai rəy belədir ki, Elman Yəhyayevin rəhbərlik etdiyi bu qurum öz vəzifələrinin öhdəsindən bacarıqla gəlir. Qeyd edək ki, bu gün Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində 16 mənzil-istismar sahəsi fəaliyyət göstərir. Əlbəttə ki, bu müəssisələrin də fəaliyyətlərini idarə etmək, onların effektivliyini təmin etmək heç də asan məsələ deyil. Lakin Elman Yəhyayevin zəngin iş təcrübəsi, geniş potensialı bu vəzifələrin öhdəsindən layiqincə gəlməkdə ona kömək olur. Nəticədə isə, bu gün Nəsimi rayonu paytaxtın ən təmiz və abad rayonlarından biridir.

Qışa hazırlıq işləri başa çatmaq üzrədir


Aydındır ki, soyuq qış aylarında mənzil-kommunal təsərrüfatlarının işi də xeyli artır və çətinləşir. Etiraf edək ki, soyuq hava şəraiti özü artıq fiziki işi, xüsusən də açıq küçə şəraitində görülməsi tələb olunan işləri xeyli çətinləşdirir. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və onun tabeliyində olan mənzil-istismar sahələrinin əksər funksiyaları isə, məhz icrası küçədə təmin edilməli olan işlərdən ibarətdir. Belə ki, MKTB əsasən balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, rayonun sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində öz səlahiyyətləri dairəsində abadlıq, tikinti-təmir işləri və bir çox digər funksiyaları həyata keçirir. Göründüyü kimi, bütün bu sahələrin işi yaz-yay ayları ilə müqayisədə payız-qış mövsümündə həm artır, həm də çətinləşir. Əlbəttə ki, bütün bu işlərin öhdəsindən layiqli şəkildə gələ bilmək üçün, istənilən qurumun ilk növbədə təcrübəli və səriştəli rəhbərə ehtiyacı vardır. Bu baxımdan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Elman Yəhyayevin də fəaliyyəti xüsusilə qeyd oluna bilər. Məsələ bundadır ki, bu gün MKTB-nin tabeliyində olan MİS-lərin hər biri özü-özlüyündə artıq formalaşmış işləmə mexanizmlərinə malik müəssisələrdir. Yəni onların hər birinin ayrı-ayrılıqda idarə olunması artıq böyük səriştə tələb edir. Onların işlərini əlaqələndirmək, vahid məqsədə nail olmaq üçün onları təşkilatlandırmaq və düzgün yönləndirmək isə təbii ki, daha böyük bacarıq, təcrübə və səylər tələb edir.

Paytaxtın Nəsimi rayonu gün-gündən gözəlləşir

Qurumun işini müşahidə etməklə belə qənaətə gəlmək olur ki, Nəsimi rayon MKTB-nin rəhbərliyi və əməkdaşları qarşıdan gələn qış aylarında da rayon sakinlərinin hər hansı kommunal-məişət problemlərilə üz-üzə qalmalarına imkan verməyəcəklər.

aia.az
Orxan Həsənov



5335 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031