Mobil versiya
“Bu, o demək deyil ki, onların bacarığı yoxdur” - Sahil Babayev
Tarix: 31-10-2018, 12:13 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Bu, o demək deyil ki, onların bacarığı yoxdur” - Sahil Babayev


"Ölkədə rifah halı artdıqca demoqrafik inkişafın artımı da onunla bərabər gəlir. Bu gün Azərbaycanın əmək bazarına hər il 100 min nəfərə yaxın yeni şəxs daxil olur. Növbəti çətinliklər də əmək bazarını insan resursları ilə uzlaşdırmaqdan və insan resurslarını da bazarla uzlaşdırmaqdan ibarətdir"
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

S.Babayev bildirib ki, ölkədə məşğulluq strategiyası baxımından həyata keçirilən işlər böyük əhəmiyət kəsb edir. Nazirin sözlərinə görə, Azərbaycanda yoxsulluq 5 faiz ətrafındadır.

"Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsinə malikik. Bu, o demək deyil ki, onların səriştəsi və bacarığı yoxdur. Əksinə bu insanların nəsildən-nəsilə ötürülən səriştə və bacarıqları mövcuddur. Lakin onların rəsmi təsdiq sənədi yoxdur. Bu baxımdan qeyri-formal və informativ bacarıqların tanınması mexanizminin yaradılması böyük əhəmiyyətə malikdir. Azərbaycanda kifayət qədər insan var ki, hər hansı peşə müəssisəsini və ya ali təhsil müəssisini bitirməyib, lakin istesal prosesində böyük bacarıqlara malikdir. Avropa ittifaqı və BMT-nin İnkişaf proqramı və digər partnyor təşkilatlarla birlikdə qeyri-formal və informativ səriştələrin tanınması mexanizminin yaradılmasını olduqca əhəmiyyətli hesab edirik. Bugünkü müzakirələrdən böyük nəticələr gözləyirik. Tam şəkildə çərçivəni müəyyən etdikdən sonra peşə standartlarını hazırlamalıyıq. Köhnə hazırlanmış 270 peşə standartı uyğunlaşdırılmalıdır. Artıq biz 8 pilləli təhsil modelinə keçirik, ona görə də bu standartlar yenilənməlidir".

S.Babayev qeyd edib ki, dünyada 6 min peşədən Azərbaycan bazarının ən azı 95 faizini əhatə edən 1000 peşə üzrə standartlar hazırlanaraq yekunlaşdırılmalıdır.

"Mexanizmi müəyyənləşdirməliyik ki, nə şəkildə insanların qeyri- formal və informativ bacarıqlarını tanıdacağıq, onların sertifikatlaşmasını həyata keçirəcəyik. Bu mexanizm Azərbaycanın əmək bazarına töhfə verəcək, həmçinin insanların şirkətlərdə işini rahatlaşdıracaq və böyük ixtisaslı işçi qüvvəsinə çıxış əldə edəcək. Beynəlxalq təşkilatlarla və Təhsil Nazirliyi ilə birgə aktiv əməkdaşlıq aparılır, qısa müddətdə sənədləri hazırlaya bilərik"

Nazir, həmçinin vurğulayıb ki, ali təhsil müəssisələrinin məzunları heç də əmək bazarının əksəriyyəti demək deyil, əmək bazarının əksəriyyəti orta ixtisas və peşə təhsilinə malik insanlardır. Bu insanlar üçün yeni imkanlar tam şəkildə təşkil edilməlidir. Milli bacarıqların abzorvatoriyası fəaliyyətə başladıqdan sonra ölkənin əmək bazarı ilə insan resursları arasında proqnozlaşmanı təmin etməyə imkan verəcək.

"Növbəti dövrlər üçün proqnozlaşdıracağıq ki, hansı istiqamətlər üzrə əmək bazarını, peşə və ali təhsili təşviq etməliyik. Birgə işimizlə mövcud insan resurslarımızdan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Məşğulluq bazarının əhəmiyyətli kəsimi bu mexanizmdən həm işçilər, həm də işəgötürənlər baxımından yararlanacaq".

aia.az



5197 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30