Mobil versiya
“Mafiya başçıları Qida Təhlükəsizliyi Agentliyinə qarşı kampaniya aparır”
Tarix: 30-10-2018 | Saat: 13:17
Bölmə:Gündəm | çapa göndər

“Mafiya başçıları Qida Təhlükəsizliyi Agentliyinə qarşı kampaniya aparır”



“Dünənə qədər hamımız narahat idik ki, nəyə görə, bazarlara nəzarət yoxdur. Bu, hamımızı narahat edirdi. Sağ olsun cənab prezident belə bir qurum yaradaraq onlara geniş səlahiyyətlər verib ki, ölkədə qida təhlükəsizliyini təmin etsin. Amma hər birimiz bilirik ki, onların əmək haqları azdır. Əgər biz onların maraqlarını təmin etməsək, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan məqsədə nail ola bilməyəcəyik. Biz onlara yaşıl işıq yandırmalıyıq”.



Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə “Dövlət rüsumu” haqqında qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.



Deputat qeyd edib ki, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyinə, əməkdaşlarına qarşı iyrənc yolla pul qazanan mafiya başçıları qarayaxma kampaniyası aparır, onları gözdən salmağa çalışırlar.



“Qoyun, agentliyin əməkdaşları istənilən mağazalara daxil olub orada vaxtı keçmiş məhsullar, zərərli qidalar və digərləri haqqında protokol tərtib etsinlər. Gəlin hamımız bu quruma dəstək olaq ki, bazarlarda yad məhsulların çıxarılamasına mane ola bilək”.



Qeyd edək ki, "Dövlət rüsumu” haqqında qanuna edilən dəyişikliyə görə, Qida Təhlükəsizliyi Agentliyinin topladığı rüsumların 50 faizi dövlət büdcəsinə keçiriləcək, 50 faizi isə agentliyin büdcəsində saxlanılacaq.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024