Mobil versiya
“Minsk Qrupuna ehtiyac yoxdur!” - Qarabağ münaqişəsinə dair yeni format təklif edildi
Tarix: 30-10-2018 | Saat: 12:23
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Minsk Qrupuna ehtiyac yoxdur!” - Qarabağ münaqişəsinə dair yeni format təklif edildi


Milli Məclisin deputatı Zahid Oruc Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni format yaradılmasını təklif edir.

Modern.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Z.Oruc bildirib ki, ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur.

“Bu, bir qədər səs-küylü bəyanat ola bilər. Amma buna cəmiyyət, dövlət qərar verməlidir”.

Deputat hesab edir ki, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında aparılmalıdır: “Bunun üçnü danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq və danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk Qrupuna”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024