Mobil versiya
Bahar Muradova: “Bu, cinayətlər içərisində ən qəddarıdır”
Tarix: 30-10-2018 | Saat: 11:03
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bahar Muradova: “Bu, cinayətlər içərisində ən qəddarıdır”


“Azərbaycan parlamenti insan alverinə və qaçaqmalçılığa qarşı mübarizədə qanunvericilik aktlarına müvafiq dəyişikliklər və əlavələr edib, bu sahədə çox ciddi addımlar atıb”.



Modern.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradov parlamentdə “İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda deyib.



B.Muradova qeyd edib ki, Azərbaycan bu istiqamətdə BMT-nin müvafiq konvensiyasına qoşulub.



“Bu konvensiyanın və ondan irəli gələn protokolların üzərimizə qoyduğu öhdəliklər bizi daha ciddi əməkdaşlığa sövq edir. Hesab edirəm ki, bu əməkdaşlıq həm beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli, həm də ikitərəfli münasibətlər üçün çox faydalıdır. Parlament hər zaman bu məsələnin çox ciddi müzakirə olunduğu bir məkandır. Parlament həm regionu, həm ölkəmizi və dünyanı narahat edən məsələləri çox ciddi müzakirə edib. Bundan irəli gələn qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edib”.



Vitse-spiker bildirib ki, insan alverinə, qaçaqmalçılığa qarşı mübarizə daha da gücləndirilməlidir.



“Biz bu təhlükəyə qarşı ona görə əməkdaşlıq və tərəfdaşlıq etməliyik ki, bu qəbil cinayətlər insan hüquqlarına qarşıdır. Bu, insana qarşı cinayətlər içərisində ən qəddarı və ən alçaldıcısıdır. Çünki necə ola bilər ki, müasir inkişaf səviyyəsində insanlar digər qrup insanlar və yaxud da dairələr tərəfindən alver hədəfinə, qurbana çevrilsin, alçaldıcı rəftara məruz qalsın, dilənçiliyə, itaətkarlığa məcbur edilsin”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024