Mobil versiya
1321 cinayət, 900 qurban, 538 məhkəmə işi - Polis generalından AÇIQLAMA
Tarix: 30-10-2018 | Saat: 11:01
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

1321 cinayət, 900 qurban, 538 məhkəmə işi - Polis generalından AÇIQLAMA


“2004-cü ildən indiyə kimi görülmüş qətiyyətli tədbirlərlə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb. Həmin müddətdə 1321 cinayət və 900-ə qurban aşkarlanıb və 538 şəxs məhkəmə məsuliyyətinə verilib”.


Modern.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə üzrə Baş İdarəsinin rəisi, polis general mayoru Heydər Heydərov Milli Məclisdə “İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda deyib.



H.Heydərov deyib ki, dünyanın əksər ölkələrində baş verən maliyyə böhranı, silahlı münaqişələrin coğrafiyasının böyüməsi, ucuz işçi qüvvəsinə olan tələbatın artması və tənzimlənməyən miqrasiya axınının genişlənməsi insan alveri ilə bağlı cinayətlərin artmasında xüsusi rol oynayır.



“Bütün bunlar isə insan alverini kriminal şəbəkə üçün daha əlverişli və cəlbedici edir”.



O qeyd edib ki, Azərbaycanda insan alverinə və qaçaqmalçılığa qarşı mübarizə istiqamətində çox ciddi addımlar atılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024