Mobil versiya
Elman Rüstəmov inflyasiyadan danışdı
Tarix: 30-10-2018 | Saat: 10:39
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Elman Rüstəmov inflyasiyadan danışdı


Azərbaycanda inflyasiya 2,6 faiz səviyyəsində formalaşıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov qeyd edib ki, son 3 ayda orta illik inflyasiyada azalma meyli davam edib: "2018-ci ilin 9 ayında orta illik inflyasiya 2,6 faiz təşkil edib, bu ilin 3-cü rübü ərzində ritmik templə azalıb".

Onun sözlərinə görə, inflyasiyanın həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Mərkəzi Bank cari ilə inflyasiyanın 3-4 faiz ətrafında olacağını proqnozlaşdırır:

"İnflyasiyanın daxili və xarici amillərində əhəmiyyətli dəyişiklik baş verməyib. Nəqliyyat tariflərinin yüksəlməsi hesabına xidmətlərin bahalaşmasının bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi və bütövlükdə monetar amillərin təsiri ilə neytrallaşdırılması inflyasiyanın azalma meylini müəyyən edib".

İnflyasiya üzrə gözləntilərə və proqnozlara gəlincə, E.Rüstəmov bildirib ki, biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür: "İstehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabilləşməsini şərtləndirir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024