Mobil versiya
Azərbaycanda uzunömürlülərin sayı azalıb
Tarix: 29-10-2018, 15:31 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda uzunömürlülərin sayı azalıb


Azərbaycanda bəzi yaş qrupları üzrə əhalinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2018-ci ilin əvvəlinə respublikada 70 və yuxarı yaşda olan 385,9 min nəfər yaşayıb:


“Onlardan 157 mini kişilər, 228,9 mini qadınlardır. 80 və yuxarı yaşda olanlar 137,9 min nəfər təşkil edir ki, onun 54,3 mini kişilər, 83,6 mini qadınlardır. Həmçinin 90 və yuxarı yaşda olanların sayı 12,3 min nəfərdir. Bu yaş qrupundan kişilərin sayı 4,4 min nəfər, qadınların sayı isə 7,9 mindir”.



R.Süleymanovun açıqladığı rəsmi statistikaya əsasən, ölkədəki 100 və yuxarı yaşda olanların sayı azalıb:

“Belə ki, bu yaş qrupuna aid olan insanlar 7 min nəfərdir ki, onların da 200 nəfəri kişilər, 500 nəfəri qadınlardır”.



Xatırladaq ki, yaşı 100-dan çox olanlar 2017-ci ildə 683 nəfər (535 qadın, 148 kişi), 2016-cı ildə 626 nəfər (530 qadın, 96 kişi), 2015-ci ildə 619 nəfər (547 qadın, 72 kişi), 2014-cü ildə 669 nəfər (635 qadın, 34 kişi), 2013-cü ildə 838 nəfər olub (814-ü qadın, 24-ü kişi) olub.



2017-ci ildə yaşı 100-dən çox olanların 50-si Bakıda, 9-u Abşeron iqtisadi rayonunda , 44-ü Gəncə-Qazax iqtisadi rayonunda, 15-i Şəki-Zaqatala iqtisadi rayonunda, 17-si Lənkəran iqtisadi rayonunda, 7-si Quba-Xaçmaz iqtisadi rayonunda, 36-sı Aran iqtisadi rayonunda, 69-u Kəlbəcər-Laçın iqtisadi rayonunda, 9-u Dağlıq Şirvan iqtisadi rayonunda, 44-ü Naxçıvan Muxtar Respublikasında yaşayıb.

aia.az



5218 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

10-12-2019
09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031