Mobil versiya
Rəsmi Moskva: “Bəli, Rusiya Amerika ilə müharibəyə hazırlaşır”
Tarix: 27-10-2018 | Saat: 13:17
Bölmə:Manşet / Siyasət | çapa göndər

Rəsmi Moskva: “Bəli, Rusiya Amerika ilə müharibəyə hazırlaşır”


Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentinin rəhbərinin müavini Andrey Belousov ölkəsinin ABŞ-la müharibəyə hazırlaşdığını bildirib.



Bu haqda Modern.az Rusiyanın TASS agentliyinə istinadən xəbər verir.



O, BMT Baş Assambleyasının komitəsində çıxışı zamanı belə bəyanat səsləndirib.



Diplomat qeyd edib ki, Rusiya ABŞ-a qarşı “müdafiə xarakterli müharibəyə hazırlaşır”.

“Burada az əvvəl iclas zamanı Amerika nümayəndəsi bəyan etdi ki, Rusiya müharibəyə hazırlaşır. Bəli, Rusiya müharibəyə hazırlaşır və mən bunu təsdiq edirəm”-diplomat belə bildirib.



XİN rəsmisi bunu BMT-nin Moskvanın orta və yaxın mənzilli raketlərin ləğvinə dair Rusiya-ABŞ müqaviləsinin dəstəklənməsinə dair qətnamə layihəsinin əleyhinə səs verməsinin ardınca bəyan edib.



Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp ölkəsinin həmin müqavildən çıxdığını elan edib.



Qeyd edək ki, Tramp bunu bunu Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsi ilə əsaslandırmışdı.



Andrey Belousov deyib ki, Rusiya ilə ABŞ arasında böyük fərq var. “Və linqvistik planda bu fərq həm rus, həm ingilis dilində cəmi bir sözlə ifadə olunur: Rusiya Federasiyası müharibəyə hazırlaşır, ABŞ isə müharibəni hazırlayır”-diplomat qeyd edib.



Belousovun fikrincə, ABŞ-ın Rusiya ilə müharibəyə başlamaq niyyətini onun orta və yaxın mənzilli raketlərə dair müqavilədən çıxması, nüvə potensialını genişləndirməsi və yeni nüvə doktrinası qəbul etməsi də təsdiqləyir.



Qeyd edək ki, yaxın və orta mənzilli raketlərin ləğvi üzrə müqavilə 1987-ci ili dekabrın 8-də ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanıb. Müqavilə hər iki ölkənin mənzili 500-5500 km olan balistik raketləri məhv etməsini şərtləndirir.



Bu günə kimi hər iki tərəf dəfələrlə bir-birilərini bu müqavilənin şərtlərini pozmaqda ittiham edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024