Mobil versiya
Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır
Tarix: 27-10-2018 | Saat: 13:16
Bölmə:Karusel / Ölkə | çapa göndər

Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır


Bakının Səbail rayonunun Badamdar sürüşmə sahəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aia.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Məlumata görə, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024