Mobil versiya
Milli Məclis şəhid ailələrinin “qanpulu şikayətləri”ni ARAŞDIRIR
Tarix: 26-10-2018 | Saat: 14:18
Bölmə:Gündəm | çapa göndər

Milli Məclis şəhid ailələrinin “qanpulu şikayətləri”ni ARAŞDIRIR



Milli Məclisin oktyabrın 16-da keçirilmiş iclasında spiker Oqtay Əsədov 11 min manatlıq birdəfəlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib.

Spikerin tövsiyəsilə Milli Məclisin İnsan hüquqları komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Azərsığorta”nın əməkdaşlarını parlamentə dəvət etməli, məsələ müzakirə olunmalıydı.



Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli Modern.az-a bildirib ki, komitə işçi qaydada bu məsələ ilə məşğuldur.

“Ancaq bununla bağlı komitənin xüsusi bir iclası keçirilməyib. İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məsələ ilə bağlı müvafiq tapşırıqlar verib. Hazırda məsələ araşdırılır”.



Qeyd edək ki, Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərman imzalayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını hazırlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödənişlə təmin olunması üçün sənədlərin qəbulu prosesini həyata keçirir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ödənişlərin 2 il müddətinə icra olunacağını bildirib.

Fərmana əsasən, bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

Hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında (www.mlspp.gov.az) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər.

Xeyli şəhid ailəsinin adı siyahıdan kənarda qalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024