Mobil versiya
Baş nazir büdcə müzakirələrinə qatılacaq
Tarix: 25-10-2018 | Saat: 11:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

Baş nazir büdcə müzakirələrinə qatılacaq



Noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət və icmal büdcələrinin layihələri Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq.

aia.az-ın məlumatına görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları ilk dəfə 5 gün davam edəcək.

Milli Məclisdəki büdcə müzakirələrinə hökumət nümayəndələri ilə birlikdə Baş nazir Novruz Məmmədovun da qatılacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ilin aprelin 21-də Prezident İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024