Mobil versiya
Bakıda restoranda atışma: Xeyli sayda yaralı var - YENİLƏNİB
Tarix: 22-12-2015 | Saat: 12:11
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Bakıda restoranda atışma: Xeyli sayda yaralı var - YENİLƏNİB
Ad günü məclisi keçirilib.

Ötən gecə Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliuqanlıq) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə ötən gecə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında baş verib.

Baş vermiş atışma nəticəsində 6 nəfər yaralanıb. Bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir.

Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində xəsarət alıb.

İlkin məlumata görə, xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında ad günü məclisində olublar. Restoranın iki müştərisi ilə ad günü mərasimi iştirakçıları arasında mübahisə yaranıb. Bundan sonra hələlik adları açıqlanmayan iki nəfər silaha əl atıb və atəş açıb.

09:06

Bakıda restoranda baş vermiş atışma nəticəsində 6 nəfər yaralanıb.

Aia.az xəbər verir ki, APA-nın məlumatına görə, bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir.

Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində yaralanıb.

İlkin məlumata görə, xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında ad günü məclisində olublar. Restoranın iki müştərisi ilə ad günü mərasimi iştirakçıları arasında mübahisə yaranıb.

Bundan sonra hələlik adları açıqlanmayan iki nəfər silaha əl atıb və ad günü iştirakçılarına atəş açmağa başlayıb.

01:10

Bakıda restoranda atəş açılıb.

Hadisə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında baş verib.

İlkin məlumata görə, restoranın müştəriləri arasında mübahisə yaranıb. Mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan bir nəfər tüfəngdən atəş açıb. Nəticədə 4-5 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Restoran bağlanıb, əraziyə heç kim buraxılmır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024