Mobil versiya
"Gəmiqayırma Zavodu"ndan sosial şəbəkədə yayılan fotoya münasibət - FOTO
Tarix: 24-10-2018 | Saat: 13:09
Bölmə:Gündəm | çapa göndər

"Gəmiqayırma Zavodu"ndan sosial şəbəkədə yayılan fotoya münasibət - FOTO



“Bakı Gəmiqayırma Zavodu” MMC (BGZ) son günlər müəssisənin giriş hissəsi ilə bağlı sosial şəbəkələrdə yayılmış fotoya münasibət bildirib.



aia.az-ın məlumatına görə, zavodun açıqlamasında deyilir:



“Təəssüf hissi ilə bildiririk ki, əməkdaşlarımız tərəfindən zavodun adı qeyd edilən lövhədə bəzi hərflərin təmir məqsədilə çıxarılan zaman aşağıda adları qeyd edilmiş şəxslər tərəfindən çəkilmiş fotoşəkil belə böyük bir rezonansa səbəb olub. Bununla əlaqədar olaraq hadisələrin xronologiyasını sizlərlə bölüşmək istərdik.



Oktyabrın 22-də saat 11:00 radələrində BGZ-nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilmiş və bu barədə zavodun aidiyyatı şöbəsinə məlumat verilib. Əməkdaşlarımız tərəfindən qeyd edilən lövhəyə baxış zamanı bu öz təsdiqini tapıb və hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib.



BGZ-də hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək saat 16:13 radələrində bu lövhəni görüb və onun fotoşəklini çəkərək digərləri ilə paylaşıblar. Məlumat üçün bildiririk ki, BGZ-nin daxili qaydalarına uyğun olaraq zavod ərazisində foto və video çəkilişləri xüsusi icazə olmadan aparıla bilməz və qəti şəkildə qadağandır. Bu birmənalı olaraq hər kəsə bildirilməklə yanaşı ərazidə xüsusi qadağa nişanları ilə də göstərilib. Yuxarıda adları qeyd edilən şəxslər BGZ- nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib.



Sonda onu qeyd etmək istərdik ki, BGZ rəhbərliyi zavod ərazisinə daxil olan bütün əməkdaşları və qonaqları daha diqqətli olmağa, daxili qaydalara riayət etməyə və bu kimi halların təkrarlanmaması üçün daha çox səy göstərməyə çağırır”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024