Mobil versiya
Azərbaycanda 45 yaşdan sonra ana olanların çoxu şəhərli qadınlardır
Tarix: 24-10-2018 | Saat: 10:47
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda 45 yaşdan sonra ana olanların çoxu şəhərli qadınlardır


Azərbaycanda 45 yaşdan sonra daha çox şəhərdə yaşayanlar uşaq dünyaya gətirirlər.

Trend-in məlumatına görə, 2005-ci ildə Azərbaycanda 216 qadın 45-49 yaşında ana olduğu halda, 2010-cu ildə bu rəqəm 202, 2015-ci ildə 133, 2017-ci ildə isə 94 olub.

Ölkədə 50 və daha yuxarı yaşda ana olanların sayı 2005-ci ildə 18, 2017-ci ildə 13 nəfər olub.

2005-ci ildə 45-49 yaşda ana olanların 109-u, 50 yaşdan sonra ana olanların 7-si, 2017-ci ildə isə 45-49 yaşda ana olanların 58-i, 50 yaşdan sonra ana olanların 10-u şəhər yerlərinin payına düşüb.

Ötən il 45-49 yaşlı analar tərəfindən doğulan uşaqların 48-i həmin qadınların birinci, 31-i ikinci, 5-i üçüncü, 6-sı 4-cü, 4-ü beşinci və daha sonrakı uşağı olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024