Mobil versiya
Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsrailə rəsmi səfərə yola düşüb
Tarix: 23-10-2018 | Saat: 10:40
Bölmə:Siyasət | çapa göndər

Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsrailə rəsmi səfərə yola düşüb


Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin Müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə