Mobil versiya
Millət vəkili: “Star” layihəsi Azərbaycan və Türkiyənin nüfuzunu daha da artıracaq
Tarix: 22-10-2018 | Saat: 09:37
Bölmə:Siyasət | çapa göndər

Millət vəkili: “Star” layihəsi Azərbaycan və Türkiyənin nüfuzunu daha da artıracaq


Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılması, həmçinin digər birgə layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının nə qədər möhkəm olduğunu göstərir.

aia.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

T.Rzayev qeyd edib ki, bu cür nəhəng layihələr yalnız dövlətlər arasında münasibətlər ən yüksək səviyyədə olduğu, həmin dövlətlərin liderləri güclü siyasi iradə nümayiş etdirdiyi halda reallaşa bilir:

"Bu gün Türkiyə ilə Azərbaycan arasında münasibətlər dünyaya bir nümunədir, hər iki ölkənin liderləri birgə nəhəng layihələrin həyata keçirilməsi üçün böyük siyasi iradə nümayiş etdirir və bunun nəticəsidir ki, iki ölkənin iştirakı ilə çox mühüm enerji, nəqliyyat layihələri həyata keçirilir. Bu layihələr dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır, hər iki ölkənin dünyada nüfuzunu daha da artırır”.

Deputat əlavə edib ki, bu cür layihələr siyasi dividendlərlə yanaşı, hər iki ölkənin iqtisadiyyatının güclənməsinə, vətəndaşlarının rifahının yüksəldilməsinə xidmət edir.

Millət vəkili deyib ki, Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə söykənir: "İki ölkə arasında qardaşlıq münasibətlərinin tarixi çox qədimdir. Azərbaycan da, Türkiyə də tarixən təzyiqlərə məruz qalıb. Azərbaycan həmişə Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. Bunun nəticəsidir ki, bu gün iki ölkə birlikdə böyük işlər həyata keçirir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024