Mobil versiya
Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri hələ Bakıdadır
Tarix: 20-10-2018, 11:53 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri hələ Bakıdadır


İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində ölən şəxslərin cəsədləri hələ Bakıdadır.



Bu barədə özəl olaraq Trend-ə İranın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirlikdən verilən məlumata görə, “Nazmehr” quru yük gəmisində ölən 3 nəfər, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) cəsədləri tibbi ekspertiza tərəfindən araşdılır:



"Bu səbəbdən ölən şəxslərin meyitləri hələ Bakıdadır. Ekspertizanın cavablarından sonra cəsədlər İrana ölən şəxlərin ailələrinə təhvil veriləcək. Gəmidə isə hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır".

Qeyd edək ki, ötən gün gecə saat 03 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. Hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.



Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.

İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.



aia.az



5177 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031