Mobil versiya
Heydər Əsədov bunları bilirmi? - maraqlı iddia
Tarix: 19-12-2015 | Saat: 23:50
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Heydər Əsədov bunları bilirmi? - maraqlı iddia
Heydər Əsədov bunları bilirmi?
Dövlət Toxum Müfəttişliyinin Göygöl rayon şöbəsinin rəisi Nəriman Ələkbərovla bağlı maraqlı iddia ortaya çıxıb.
Rayondan sahibkarların Arqument.Az-a ünvanladığı müraciətdə bildirilir ki, Ələkbərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əkinçilərin toxumluq taxıllarını qeydiyyata almaq üçün “qiymət” müəyyənləşdirib. Bu “haqqı” verməyənlərə isə toxum üçün sertfikat verilmir.
Şikayətçilər bildiriblər ki, Nərimn Ələkbərov idarənin səlahiyyətlərindən sui-istifadə edərək özü və qohumlarına şərait yaradır: “Belə ki, oğlu Yunus Ələkbərovun adına mənşəyi məlum olmayan baş soğan əkərək ondan toxumluq istehsal edib. Guya bu toxumu başa rayondan alıb, özü becərib və sortlaşdırıb. İndi də toxumluq kimi istifadəyə verir. Əslində, bununla da dövlətdən saxtalaşdırılmış sənədlərlə külli miqdarda subsidiya alıb. Eyni zamanda, Gəncə-Samux yolu üzərində un dəyirmanında olan toxumluq üçün yararsız taxılları qeydə alıb və nazirlikdən gələn nümayəndələrə toxumluq kimi təqdim edib. Bu yolla da dövlətdən külli miqdarda subsidiya alaraq mənimsəyib. Bununla kifayətlənməyən Ələkbərov qardaşının əkin sahəsində istehsal etdikləri yemlik taxılları toxumluq kimi qeydə alıb. Amma digər sahibkarlara şərait yaratmır, onları süni şəkildə problemlərlə üz-üzə qoyur.
Onu da qeyd edək ki, Nəriman Ələkbərov və qardaşı 1994-cü ildə dövlət çevrilişində cəhddə ittiham olunaraq həbs olunub”.
Qeyd edək ki, ötən il kənd təsərrüfatı naziri Heydər Əsədovun 07.03.2014-cü il tarixli, 55k nömrəli əmri ilə Respublika Dövlət Toxum Müfəttişliyinin rəisi Mikayıl Zeynalov vəzifə səlahiyyətlərindən istifadə etdiyi və qanunsuzluqlara yol verdiyi üçün vəzifəsindən azad edilib. Amma onun regional idarələrdəki kadrları hələ də vəzifə başındadır və sahibkarlara problem yaratmaqda davam edirlər. Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024