Mobil versiya
Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI
Tarix: 18-10-2018 | Saat: 13:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI


Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov quruma daxil olan idarələrdən birinin fəaliyyətini dayandırıb.

aia.az Unikal.org-a istinadən xəbər verir ki, Eldar Əzizov Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı göstəriş verib.

Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən idarədə təmir-tikinti işləri aparılır. Yeni layihədə heyvanlar üçün müasir sığınacaqların salınması və müasir mərkəzin qurulması nəzərdə tutulur. Bu səbəbdən də sahibsiz küçə heyvanları ilə müraciətlərə baxılmır.

Qeyd edək ki, sözügedən xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024