Mobil versiya
Jurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdi
Tarix: 17-10-2018, 09:25 | Saat: 15:47:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Jurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdi


"Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl-Üteybinin müxalifətçi jurnalist Camal Qaşıqçının itkin düşməsinin araşdırılması fonunda ölkəni tərk etməsinə mane ola bilməyib. Diplomatların toxunulmazlıq hüququ var, onlar Vyana konvensiyasının müdafiəsi altındadırlar və onun gedişinə mane olmaq olmazdı”.

aia.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik bildirib.
Ömər Çelik qeyd edib ki, Türkiyə hökuməti məsələnin araşdırılmasını boş buraxmaq niyyətində deyil: "Türkiyə hüquqi dövlətdir. Biz baş konsulluğa baxış keçirmək üçün icazə istədik, bizə dərhal razılıq verilmədi, sonra biz onu aldıq. Biz istintaqın gedişatını yüksək həssaslıqla izləyirik. Hazırda müxtəlif ehtimallar ortaya çıxır, lakin belə vacib bir məsələdə araşdırmaların dünya ictimaiyyəti üçün açıqlanacaq nəticələri olmadan, bir kəlmə artıq söz demək olmaz".

Qeyd edək ki, baş konsul Əl-Uteybi Qaşıqçı işi ilə bağlı qalmaqal fonunda Türkiyəni tərk edib.(modern.az)

aia.az



5139 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-04-2019
17-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}