Mobil versiya
“Deputatlar bu təklifə cavab tapa bilmədi” – Komitə sədri
Tarix: 16-10-2018 | Saat: 13:01
Bölmə:Siyasət | çapa göndər

“Deputatlar bu təklifə cavab tapa bilmədi” – Komitə sədri


Milli Məclisin bu gün keçirilən iclasında "Lotoreyalar haqqında” qanun layihəsinə dəyişiklik məsələsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihə barədə məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, dəyişiklik layihəsi ikinci oxunuşda komitədə müzakirə edilərkən deputatlar bir məsələ ilə razılaşmadılar:

"Belə ki, yeni dəyişiklikdə, Tiraj Komissiyasının üzvlərinin 3 nəfərdən az olmaması təklif edilir. Millət vəkilləri bu təklifə lazımi cavab tapa bilmədilər. Yəni Komissiyasının üzvlərinin sayının azalmasına ehtiyac yoxdur. Hazırda Komissiyanın üzvlərinin sayı 5 nəfərdir. Bununla bağlı qanun təşəbbüskarı subyekti ilə çıxış edən orqanla müzakirlər aparılır. Yəqin ki, üçüncü oxunuşa qədər məsələ öz həllini tapar”.

Qeyd edək ki, qanun layihəsinə dəyişiklik ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024