Mobil versiya
Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı
Tarix: 13-10-2018 | Saat: 11:32
Bölmə:Karusel / Media | çapa göndər

Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı


Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin ediblər.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən aia.az-a verilən məlumata görə, qurumun Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus "Mercedes-Benz E 220" markalı avtomobil saxlanılıb.

2018-ci il buraxılışlı, "WDD2130041A514487" şassi nömrəli, "MDS 5062" qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub.

Araşdırma aparılarkən məlum olub ki, "Mercedes-Benz E 220" markalı avtomobil Almaniya Federativ Respublikasının Münxen şəhərində fəaliyyət göstərən "Sixt Gmbh & Co" kirayə şirkətinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024