Mobil versiya
Bakıda 3-cü sinif şagirdi məktəbdə intihar etmək İSTƏDİ
Tarix: 11-10-2018, 11:35 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda 3-cü sinif şagirdi məktəbdə intihar etmək İSTƏDİ


Bakıda 302 nömrəli məktəbdə intihara cəhdin qarşısı alınıb.



Bu barədə Modern.az-a məktəbdən məlumat verilib.



Məlumatda qeyd olunur ki, oktyabrın 10-u saat təxminən 08:48 radələrində, tənəffüs zamanı III sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.



Ötən tədris ilindən dərsə dəvamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır.



Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib. Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib.



Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər.



aia.az



5253 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-09-2019
23-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30