Mobil versiya
Gürcü məmur udduğu pulu Azərbaycandilli məktəbə verdi
Tarix: 10-10-2018 | Saat: 16:31
Bölmə:Gündəm | çapa göndər

Gürcü məmur udduğu pulu Azərbaycandilli məktəbə verdi


Gürcüstan baş nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari Qardabani rayonu Qaratəhlə kəndinin azərbaycandilli məktəbinə baş çəkib.

aia.az Report-a istinadən xəbər verir ki, S.Subari məktəbə 3 min lari dəyərində gürcü dilində kitablar, foto və audio texnika hədiyyə edib.

Bildirilib ki, baş nazirin müşaviri qeyd olunan məbləği Gürcüstanın İctimai televiziya kanalında yayımlanan bilik yarışı proqramında udub. Qaratəhlə kənd məktəbinin şagirdləri S.Subarini həmin verilişdə dəstəkləyiblər.

Bununla yanaşı, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən məktəbə idman ləvazimatları və inventar da təqdim olunub.

Tədbirdə Qardabani rayonunun başçısı Ramaz Budaqaşvili, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, məktəb rəhbərliyi və digər şəxslər iştirak ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024