Mobil versiya
Millət vəkili: Azərbaycan dünya birliyinin ən nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilib
Tarix: 10-10-2018 | Saat: 14:56
Bölmə:Siyasət | çapa göndər

Millət vəkili: Azərbaycan dünya birliyinin ən nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilib


Azərbaycan dünya birliyinin ən nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilib. aia.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışına münasibət bildirərkən deyib.

C.Feyziyev qeyd edib ki, Azərbaycan son illər ərzində beynəlxalq aləmdə öz mövqelərini xeyli gücləndirə bilib:

"Təkcə bu ilin ötən aylarına nəzər salsaq, xarici siyasət sahəsində əldə edilən uğurları aydın şəkildə görə bilərik. Ötən 9 ay ərzində dövlətimizin başçısı 12 dəfə xarici səfər edib və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərə gəlib. Əlbəttə bu səfərlər çərçivəsində xeyli sənədlər imzalanıb, Azərbaycanın dünya ölkələri və beynəlxalq təşkilatlarla həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində mühüm razılıqlar əldə olunub. Eyni zamanda Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrində mühüm irəliləyişlər əldə olunub. Avropa İttifaqı ilə bu ilin yayında "Tərəfdaşlıq prioritetləri" adlı sənəd imzalanıb. Əlbəttə, bu, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın proritetlərini əks etdirən vacib sənəddir. Ən mühüm məqam isə ondan ibarətdir ki, həm bu sənəddə, həm də NATO-nun zirvə görüşünün yekun sənədində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə dəstəkləndiyi ifadə olunub”.

Deputat bildirib ki, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi onun Qoşulmama Hərəkatının üzvü kimi fəal mövqeyi ilə bağlıdır: "Qoşulmama Hərəkatı dünyanın ən geniş tərkibli beynəlxalq təşkilatlarından biridir və Azərbaycan da həmin təşkilatın fəal üzvlərindən biridir. Gələn il Qoşulmama Hərəkatına Azərbaycan sədrlik edəcək və bu hərəkatın Azərbaycanda böyük bir tədbirinin keçirilməsi nəzərdə tutulur”.

C.Feyziyev vurğulayıb ki, Azərbaycanın xarici siyasət istiqamətində nailiyyətlərinin digər istiqaməti isə müsəlman ölkələri ilə əlaqələrində böyük irəliləyişlərin əldə olunmasıdır: "Azərbaycan bütün müsəlman dünyasında böyük nüfuza malikdir. Bu da onunla əlaqədardır ki, Azərbaycan müsəlman dünyasının birliyinə və həmrəyliyinə mühüm töhfə verir. Təsadüfi deyil ki, keçən il Azərbaycanda "İslam Həmrəyliyi ili” elan olunub, eyni zamanda ölkəmiz İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Əlbəttə, Azərbaycanın gördüyü bu işlər İslam dünyasında yüksək qiymətləndirilir”.

O qeyd edib ki, əlbəttə, xarici siyasətdə Azərbaycanın əldə bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı və məqsədyönlü siyasətin nəticəsidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə