Mobil versiya
Sumqayıtda Ermənistan istehsalı içkilər MƏHV EDİLDİ
Tarix: 09-10-2018 | Saat: 14:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sumqayıtda Ermənistan istehsalı içkilər MƏHV EDİLDİ


Dövlət Gömrük Komitəsinin (DGK) Sumqayıt Baş Gömrük İdarəsi Ermənistan istehsalı olan spirtli içkiləri məhv edib.

aia.az Report-a istinadən xəbər verir ki, proses Sumqayıtda, DGK-nın müvafiq qurumlarının iştirakı ilə baş tutub.

Belə ki, istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan ümumilikdə 7 835,7 litr spirtli və sərinləşdirici içki, 4 235 700 ədəd tütün məmulatı, 1 621,8 kq qarışıq ərzaq məhsulları, 14 479,65 kq müxtəlif məişət malları məhv edilib. Bunlardan 27 lirt spirtli içki Ermənistan mənşəlidir.

Məhv edilən mallar 2016-2018-ci illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan kateqoriyalara aiddir.

Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə