Mobil versiya
Məşhur azərbaycanlı idmançı Həbib-Konor döyüşü haqda DANIŞDI: “İnsanları oynadır, şou yaradırlar”
Tarix: 08-10-2018 | Saat: 16:56
Bölmə:İdman | çapa göndər

Məşhur azərbaycanlı idmançı Həbib-Konor döyüşü haqda DANIŞDI: “İnsanları oynadır, şou yaradırlar”


Ötən gün Mütləq Döyüş Çempionatının (UFC) 229-cu turniri çərçivəsində rusiyalı idmançı Həbib Nurməhəmmədov irlandiyalı rəqibi Konor Makreqorla döyüşüb. Döyüşdə Nurməhəmmədov Konoru məğlub edib. Döyüş bütün dünyada maraqla qarşılanıb.


Maraqlıdır, UFC turnirlərində azərbaycanlı idmançıların iştirakı mümkündürmü?



Məsələ ilə bağlı Azərbaycan Pankration Qraplinq və MMA Federasiyasının prezidenti, qaydasız döyüşçü Azad Əsgərov Modern.az-a danışıb.


Onun sözlərinə görə, elə azərbaycanlı idmançılar var ki, UFC-də döyüşənlər üzərində qələbə qazanar.



“Mən özüm illərlə döyüşmüşəm, mənim udduğum idmançılar indi UFC-yə çıxırlar. 7 il Yaponiyada döyüşmüşəm, orada “Pride” çempionatı var idi. Mən ora qəbul olunmuşdum.



“Pride”də döyüşənlər hər zaman UFC-də döyüşənlərə qalib gəlirdi. Daha sonra UFC “Pride”ni aldı. Bunların hamısı bir şoudur. İdmançılar orada böyük reklamlar hesabına irəliyə gedə bilirlər. Hamı Peleni ən yaxşı futbolçu kimi tanıyırdı, halbuki, ondan da yaxşı futbolçular var idi.


Eləcə də bu idman növündə belədir. UFC reklamlarla yaxşı gəlir əldə edir, ona görə də hər adamın yarışlarda iştirakına icazə vermir. Orada iştirak etmək üçün sənin yaxşı reklamın olmalıdır. Onların götürdüyü idmançıya baxırsan, işləri-gücləri ancaq şou göstərməkdir. Nə qədər yaxşı idmançı olsan da, dünya çempionu olsan da götürmürlər. Gərək onların tələblərinə uyğun gələsən. Rusiya kimi dünyada at oynadan ölkənin UFC-də çox az sayda idmançısı var. Rusiyalı idmançılar da hər zaman döyüşlərdə uğur qazanırlar. Biz hər zaman döyüşlərdə Rusiya və Ukrayna ilə başa-baş gəlmişik, istər qaydasız döyüşdə, istər güləşdə və digər idman növlərində”.



Azad Əsgərovun sözlərinə görə, UFC-yə düşmək üçün yaxşı maliyyə dəstəyi lazımdır.



“Əgər pul olsa, mən seçilmə idmançıları ora apararam. Mənə bir neçə dəfə Amerikadan deyiblər ki, idmançılarınızı gətirin bura, əvvəl aşağı səviyyəli döyüşlərdən başlasınlar, reklamları artsın və zamanla çempionatlarda iştirak etsinlər. Amerikada UFC-dən sonra “Bellotur” var. Bizim Cəmil adlı tələbəmiz var, “Bellotur”la müqavilə bağlayıb”.



Federasiya prezidenti deyib ki, idmançıların inkişafı üçün şərait yaradılmalıdır.



“İdmançılara dəstək verib onların beynəlxalq yarışlarda iştirakını təmin etmək lazımdır. Bu gün mən desəm ki, ən güclü idmançı azərbaycanlı idmançılardır, bu düzgün olmaz. İdmançılar yarışlara getməlidirlər ki, təcrübələri artsın. Hər bir idmançı məşq etməyəndə geri qalır.



Ola bilər ki, idmançı güclü olsun, amma Azərbaycandan kənara çıxmırsa, o, necə inkişaf edə bilər? UFC bir bəladır, insanları oynadır, şou yaradırlar.



Azərbaycanın və dünyanın bir çox ölkəsinin güclü idmançıları var ki, onlar UFC-də iştirak edə bilmirlər. Mən özüm 3 federasiyanın rəhbəriyəm. Pul tapıb yarışlara gedə bilmirik. Kim o yarışlara pul verəcək ki?.. Həmin yarışlarda iştirak etmək üçün əsas məsələ maliyyədir. Əgər pul olarsa. zamanla həmin yarışlarda Azərbaycan idmançıları da iştirak edə bilər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024