Mobil versiya
Həbibə ağır cəzalar - Çempion titulu alınır, 2 milyon verilmir, bir daha döyüşməyəcək
Tarix: 08-10-2018 | Saat: 11:31
Bölmə:Manşet / İdman | çapa göndər

Həbibə ağır cəzalar - Çempion titulu alınır, 2 milyon verilmir, bir daha döyüşməyəcək


Rusiyalı çempion Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər.

BakuPost xəbər verir ki, bu barədə UFC prezidenti Deyn Uayt məlumat verib. Onun sözlərinə görə Həbib cərimə və ya diskvalifikasiya oluna bilər:

"Sanksiyalar olacaq. Əgər diskvalifikasiya uzunmüddətli olarsa, Həbib çempion titulundan da məhrum ediləcək. Döyüşdən sonra kütlənin üstünə hücum edən şəxs burada bir daha döyüşə bilməz”.

Bundan başqa, UFC prezidenti araşdırmalar bitənə kimi Nurməhəmmədovun qələbə üçün nəzərdə tutulmuş 2 milyonluq mükafatı da almayacağını vurğulayıb.

Qeyd edək ki, Nurməhəmmədov ə Makqreqor döyüşü bitdikdən sonra Həbib oktaqondan kənara çıxaraq irlandiyalı azarkeşin söyüşünə cavab olaraq onu döyməyə cəhd edib.

İnsidentdən sonra Nurməhəmmədovun komandasının bir neçə nümayəndəsi polis tərəfindən saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024