Mobil versiya
İranın Xəritəçəkmə Təşkilatı: Seysmik zonalar Xəzərdə sunaminin yaranmasına səbəb ola bilər
Tarix: 06-10-2018 | Saat: 15:40
Bölmə:Gündəm | çapa göndər

İranın Xəritəçəkmə Təşkilatı: Seysmik zonalar Xəzərdə sunaminin yaranmasına səbəb ola bilər


İqlim dəyişiklikləri və su ehtiyatlarından istifadə Xəzər dənizində su səviyyəsinin azalmasına səbəb olub. Buna görə də Xəzər dənizinin gələcək on ilini proqnozlaşdırmaq mümkün deyil.

Trend-in məlumatına görə, bunu İranın Xəritəçəkmə Təşkilatının Su səviyyəsinin müəyyənləşməsi məsələləri üzrə direktoru Əli Sultanpur İRNA-ya verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, İranın Xəritəçəkmə Təşkilatı üç dekadada xəritələrin hazırlanması, ölkənin şimal və cənub sahillərində su səviyyəsi ilə əlaqədar işləri öz üzərinə götürüb: "Son dekadada bu təşkilatın məlumatları Xəzər dənizinin su səviyyəsinin bir metrə qədər azaldığını göstərir. Dənizin suyu 370 kvadrat-kilometr azalıb".

Xəritəçəkmə təşkilatının rəsmisi əlavə edib ki, qapalı dənizlər və ya beynəlxalq sulara çıxşı olan dənizlərin su səviyyəsinin dəyişilməsi fərqlidir: "Belə ki, beynəlxalq sularda Yer kürəsinin istiləşməsi və qütb buzlarının əriməsi ilə ildə su səviyyəsinin 2 millimetr artmasının şahidiyik. Halbuki beynəlxalq sulara birləşməyən göllərdə regional iqlim şəraitinin təsir etdiyi çoxlu dəyişikliklər var. Yağıntı az olan illərdə su səviyyəsi azalır və yağıntısı çox olan illərdə su səviyyəsi artır və sahillər su altında qalır".

Əli Sultanpurun sözlərinə görə, iqlim dəyişikliyi son dekadada Xəzər dənizi və Volqa gölündə su səviyyəsinin azalmasına səbəb oldu.

O xatırladıb ki, təxminən üç dekada əvvəl yağıntıların artması Xəzər dənizində su səviyyəsinin artması və bəzi sahillərin su altında qalmasına gətirib çıxardı: "Bir çox hidrometeoroloqlar Xəzər dənizində su səviyyəsindəki dəyişikliyi dövri hesab edirlər. Amma unutmayaq ki, bu, Urmiya gölü haqqında da deyilirdi. Belə ki, su səviyyəsi artır və azalır. Amma bu baş vermədi və Urmiya qurudu".

Direktor bildirib ki, Xəzər dənizi sahilləri və ona bitişik çaylarda kənd təsərrüfatı və sənayenin inkişafı suyun dənizə daxil olmasının azalmasına səbəb olub: "Xəzər dənizində su səviyyəsinin azalmasında dövri iqlim dəyişikliyi irəli sürülürsə, dənizə suyun daxil olmasında insanların rolunu unutmaq olmaz. Xoşbəxtlikdən, Xəzər dənizi dərinlik və genişliyə malikdir. Belə ki, cənubda dərinlik bir metrə çatır. Buna görə də su səviyyəsinin bir metrə qədər azalması bu dənizin quruması ilə əlaqədar hazırda ciddi problem yaratmır. Lakin araşdırılmadığı halda, Xəzər dənizi ölkələri üçün ciddi problemlər yaradır”.

Sultanpur əlavə edib ki, Xəzər dənizinin su səviyyəsinin azalması nəticəsində dəniz suyunun geri çəkilməsi insanların dəniz zolağı ilə əlaqədar məsələlərə riayət etməmələri və dəniz zolağında müxtəlif işlər görmələrinə səbəb olub: "Bu məsələ su səviyyəsinin artması ilə böyük problemə çevrilə bilər. Buna görə bu məsələyə də diqqət göstərmək lazımdır. Xəzər dənizi tektonik baxımından təkanların baş verə biləcəyi bölgədir. Onun dibində olan seysmik zonalar Xəzərdə sunaminin və dalğaların yaranmasına səbəb ola bilər. Buna görə də dənizin sahil zolaqlarının qorunması həmişə diqqət mərkəzində olmalıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024